Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 17:53

Bu il qəbul planı 1000 nəfərə qədər azalıb


Ötən illə müqayisədə ali məktəblərə qəbul planı 1000 nəfərə qədər azaldılıb.


Təhsil Nazirliyinin şöbə müdiri İlham Mustafayev Azadlıq radiosuna deyib ki, bu daha çox hüquq və tibb fakültələrinin və texniki ixtisasların hesabına baş verib. Bir müddət əvvəl hökumət özəl ali məktəblərə tibb və hüquq ixtisasları üzrə qəbulun dayandırılması üzrə qərar vermişdi.


Bu il orta məktəbi 120 minə qədər şagird qurtarır. Onların 28 mini paytaxt məktəblərinin, qalanları regionların payına düşür.



XS
SM
MD
LG