Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 20:23

İsa Qəmbər yenidən başqan oldu


İsa Qəmbər Müsavat Partiyasının VII qurultayında, 29 may 2006
İsa Qəmbər Müsavat Partiyasının VII qurultayında, 29 may 2006

Müsavatın VII qurultayı İran məsələsi və Qarabağ problemi ilə bağlı iki sənəd qəbul etdi


Müsavat Partiyasının mayın 29-da keçirilən qurultayında İsa Qəmbər növbəti müddət üçün yenidən partiyanın başqanı seçilib. Qurultayda 11 nəfər Nəzarət Təftiş Komissiyasının üzvləri də seçiliblər. Partiyanın Məclis üzvlərinin sayının çox olması və vaxtın axşama yaxınlaşması nəzərə alınaraq, bülletenlərin partiya qərargahında sayılması qərara alınıb. Nəticələr isə mayın 30-da səhər saat 11.00-da elan ediləcək.


Qurultay iki sənəd qəbul etdi. Sənədlərin biri İrandakı vəziyyət, digəri isə Qarabağla bağlıdır. İranla bağlı qəbul olunmuş qətnamədə qeyd olunur ki, Müsavat İranın nüvə silahı əldə edilməsinə qarşı çıxır. Sənədə son vaxtlar İranda baş verən hadisələrə də münasibət bildirilir və azərbaycanlıların dəstəklənməsi vurğulanır.


Qurultayın qəbul etdiyi digər sənəddə isə Qarabağ probleminin sülh yolu ilə həllinin mümkünlüyündən bəhs olunur. Amma bir şərtlə ki, hakimiyyət danışıqların gedişini xalqdan gizlətməməlidir. Ölkədə islahatlar aparılmalı, korrupsiyaya son qoyulmalıdır. Sənəddə göstərilir ki, Azərbaycan qətiyyətli seçim etməli və avroatlantik məkana inteqrasiyanı sürətləndirməlidir.



Müsavatın VII qurultayında partiya nizamnaməsinə bir sıra dəyişikliklər də edilib. Bundan sonra partiyanın Ali Məclisinin sədri postu yaradılacaq. Bu qurumun sədrini isə Məclis üzvləri seçəcəklər. Başqan olmadıqda Məclis sədri onun səlahiyyətlərini yerinə yetirəcək.




XS
SM
MD
LG