Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:58

Avropa Şurasının iyun sessiyasında Azərbaycandakı seçkilər müzakirə olunmayacaq


"Seçki marafonu Moskvada yekunlaşdı"
"Seçki marafonu Moskvada yekunlaşdı"

Mayın 29-da Moskvada AŞ PA-nın Daimi Komitəsinin iclasında bu barədə qərar qəbul olunub


Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bildirdiyinə görə, qurumun iyun sessiyasında Azərbaycanda keçirilən seçkilərin nəticələri müzakirə olunmayacaq. Onun bildirdiyinə görə, mayın 29-da Moskvada AŞ PA-nın Daimi Komitəsinin iclasında bu barədə qərar qəbul olunub. Cənab Seyidov bildirir ki, toplantıda qurumun 10 dairə üzrə Azərbaycanda keçirilmiş 13 may seçkilərini izləyən Müşahidə Missiyasının rəhbəri Leo Platvoetin məruzəsi dinlənilib və həmin məruzə qəbul olunub: «Ümumi qərar belə oldu ki, Azərbaycanda keçirilmiş seçkilərlə bağlı məruzə qəbul olunsun və bununla da seçki məsələsi Avropa Şurasının iyun sessiyasında gündəmə çıxmasın, müzakirə obyektinə çevrilməsin. Artıq bu məsələ bağlandı. Seçki məsələsi və seçki marafonu bu gün burada yekunlaşdı. Nəhayət, biz artıq iki nəfər də əlavə olunmaqla nümayəndə heyətimizin tam tərkibi ilə iyun sessiyasında problemsiz iştirak edə bilərik».


Ötən il noyabrın 6-da formalaşan parlamentin tərkibindən AŞ PA-dakı nümayəndə heyətinə iki nəfər az seçilmişdi. Azərbaycan tərəfi bildirmişdi ki, nümayəndə heyətinin tam tərkibi nəticələri ləğv olunan dairələrə seçkilərdən sonra müəyyən ediləcək.


AŞ PA-nın qış sessiyasında da seçkilərin keçirilməsində qanun pozuntularına görə, Azərbaycan nümayəndə heyətinin mandatı çətinliklə təsdiq olunmuşdu.


Avropa Şurası Nazirlər Komitəsində sədrlik mayın 18-də altı ay müddətinə Rusiya Federasiyasına keçib.


10 dairə üzrə mayın 13-də keçirilmiş təkrar seçki ilə bağlı protokolu Mərkəzi Seçki Komissiyası mayın 27-də Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi 10 gün ərzində nəticələri təsdiq etməlidir.


13 may seçkisində hakim Yeni Azərbaycan Partiyasından 5, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının hər birindən 1 deputat seçilib. Seçilənlərdən 3 nəfəri isə bitərəfdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG