Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:24

«Üç nöqtə»: «Hündürmərtəbəli binalarda yaşamaq təhlükəli deyil»


«Bakı-Xəbər» qəzeti xəbər verir ki, ötən bazar Çernoqoriyada keçirilən referendumdan sonra onun müstəqilliyi barədə qərar qəbul edilməsinin, indi Ermənistanın bir çox dairələri Dağlıq Qarabağa da şamil edilməsini istəyirlər. Ermənistanın «Panarmenian» agentliyi bununla əlaqədar yazır ki, indi Yerevan sözügedən Balkan dövlətində hadisələrin inkişafını diqqətlə izləyir. Əsas səbəb isə Ermənistanın perspektivdə Çernoqoriya modelindən Qarabağ münaqişəsinin həllində istinad nöqtəsi kimi istifadə etmək niyyəti güdməsidir. Bu məsələdə Ermənistan hakimiyyəti Rusiyanın dəstəyinə arxalandığını də gizlətmir.


«Üç nöqtə» qəzetindəki «Hündürmərtəbəli binalarda yaşamaq təhlükəli deyil» başlıqlı məqalədə bildirilir ki, yeni tikilən hündürmərtəbəli binaların təhlükəsizlik standartlarına cavab vermədiyi barədə məlumatlar olsa da, Bakı Şəhər İcra Hakimiyyəti həmişə bu ittihamları təkzib edib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov isə bir çox hündürmərtəbəli binaların təhlükəsizlik qaydalarına cavab vermədiyini qeyd edib. Onun sözlərinə görə, nazirlik həmin binalarla bağlı araşdırmalar aparmağa başlayıb. Nazir deyir ki, bundan sonra hündürmərtəbəli binalar tikmək istəyənlər təhlükəsizlik tələblərinə ciddi əməl etməli olacaqlar.


İranda yerli azərbaycanlılarla hökümət qüvvələri arasındakı qalmaqalı şərh edən «Şərq» qəzetinin müxbiri yazır ki, Ame­ri­ka­nın İran­da­kı re­ji­mi də­yiş­mək, de­mok­ra­tik re­jim­lə əvəz­lə­mək pla­nı bu hə­rə­ka­tı­n belə alov­lan­ma­sı­na sti­mul ve­rən baş­lı­ca amil­dir. Müəllifin fikrincə, ABŞ-ın İran­la qarşıdurmada məhz udan tə­rəf ola­ca­ğı­na qə­ti inam bu ölkədə yaşayan azərbaycanlıların fə­al­laş­ma, mü­ba­ri­zə­ni so­na­dək apar­ma mən­bə­yi­nə çev­ri­lib. Odur ki, ya­xın vaxt­lar­da bu hə­rə­ka­tda han­sı­sa en­mə mər­hə­lə­si­nin ola­ca­ğı­nı dü­şün­mək mə­na­sız­dır. Ək­si­nə, ha­di­sə­lə­rin zən­cir­va­ri get­mə­si, di­na­mik şə­kil­də da­vam et­mə­si göz­lə­ni­lən­dir.


XS
SM
MD
LG