Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

NATO Parlament Assambleyasının növbəti sessiyası gözlənilir


Mayın 26-30-da Parisdə NATO Parlament Assambleyasının növbəti sessiyası keçiriləcək. Sessiyada müzakirə olunacaq məsələlər sırasına Qara dəniz regionunda əməkdaşlıq, Cənubi Qafqaz regionunda NATO-nun rolu, enerji təhlükəsizliyi, Çinin inkişaf çağırışı, Orta Asiya təhlükəsizliyi, İranın nüvə siyasəti və sairə daxildir.


Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti sessiyada iştirak edəcək.


Prezident İlham Əliyevin isə aprelin 30-da assambleyanın plenar iclasında çıxışı gözlənilir.


NATO PA hər üç Cənubi Qafqaz respublikası başçısını regiondakı durumla bağlı çıxış üçün dəvət etmişdi. Ermənistan prezidenti Robert Koçaryan sammitdə iştirakdan imtina edib. Gürcüstan prezidentinin iştirakı isə hələ bəlli deyil.


XS
SM
MD
LG