Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:02

ABŞ səfirliyinin nümayəndələri Bahəddin Həziyevə baş çəkib


Mayın 23-də Bakıdakı ABŞ səfirliyinin nümayəndələri «Bizim Yol» qəzetinin baş redaktoru, hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunan Bahəddin Həziyevə baş çəkib. Səfirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Conatan Henik ümidini bildirib ki, hüquq-mühafizə orqanları bu zorakılığı törədənləri tezliklə tapacaq və cəzalandıracaq. Cənab Henikin sözlərinə görə, o, Xarici İşlər Nazirliyində, Prezident Aparatında rəsmilərlə görüşüb, hökuməti cinayəti araşdırmağa çağırıb.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 19-da gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb, ondan tələb edilib ki, tənqidi yazılar yazmağı dayandırsın.




XS
SM
MD
LG