Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:17

Həmsədrlər gəlir


Mayın 23-də axşam ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləri Bakıya gəlir. Mayın 24-də onlar Bakıda rəsmi görüşlər keçirəcək, bir gün sonra isə Yerevana gedəcəklər.


Bu dəfə amerikalı həmsədr Stiven Mann, rusiyalı həmsədr Yuri Merzlyakov, fransalı həmsədr Bernar Fasye ilə birlikdə, Minsk qrupunda təmsil olunan ölkələrin Xarici İşlər nazirlərinin müavinləri də bölgəyə gəlir - Rusiya Xarici İşlər nazirinin müavini Georgi Karasin, ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid, Fransa Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Stanislav D’Labule və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik.


Ötən həftə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Minsk Qrupu həmsdrlərinin iştirakıyla Strasburqda görüşmüşdü.


Ermənistan prezidenti Robert Koçaryan isə bu həftə NATO Parlament Assambleyasının görüşünə qatılmaqdan imtina edib. Həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü istisna edilmirdi.


XS
SM
MD
LG