Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

Amerikalı general Azərbaycanın hava qüvvələri ilə yaxından tanış olmaq istəyir


Mayın 19-da Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı, general Uilyam Hobbinsi qəbul edib.


Bu barədə «Azadlıq» radiosuna məlumat Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilib. Görüş zamanı S. Əbiyev Azərbaycanın həm ABŞ, həm də NATO ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına uyğun olaraq yerin ə yetirildiyini bildirib. Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətdən danışan Müdafiə naziri deyib ki, regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbi Ermənistan-Azərbaycan münaqişəsidir. Onun sözlərinə görə , Ermənistan destruktiv siyasət yeridərək sülh danışıqlarından yayınır, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. General Hobbins isə, Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində nailiyyət əldə etməsini vurğulayıb və qeyd edib ki, Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı proqramının uğurlu yerinə yetirilməsi Azərbaycanı NATO-ya daha da yaxınlaşdıracaq. O, deyib ki, səfərinin məqsədi Azərbaycan Hərbi Hava Qüvvələri il ə yaxından tanış olmaqdır. Amerikalı general ABŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib .


XS
SM
MD
LG