Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

AB-nin Azərbaycan üzrə hazırladığı Fəaliyyət Planına rəy və təkliflər hazırlanıb


Avrointeqrasiya üzrə Milli İctimai Komitə Avropa Birliyinin Azərbaycan üzrə hazırladığı Fəaliyyət Planına rəy və təkliflərini hazırlayıb. Komitənin üzvü Leyla Əliyevanın «Azadlıq» radiosuna bildirdiyinə görə, Fəaliyyət Planına əsas rəy ondan ibarətdir ki, bu prosesdə sivil cəmiyyət yaxından iştirak etməyib. Komitə Fəaliyyət Planında Kopenhagen kriteriyalarına, yəni, ölkənin Avropa Birliyinə qoşulmaq üçün kriteriyalara uyğun gəlib-gəlməməsinin monitorinqinin aparılmasını istəyir.


Bu həftə Avropa Komissiyasından Benito-Ferrero-Valdner bildirib ki, üç Cənubi Qafqaz ölkəsi üçün Fəaliyyət Planı üzrə danışıqların növbəti mərhələsinin vaxtı müəyyən olunmalıdır. Xanım Valdnerə görə, bu ölkələrin danışıqlara hazır olub-olmamasına baxılmalıdır. Avropa Birliyinin hədəf ölkələrə gələcək yardımını əhatə edən beş illik Fəaliyyət Planı ilkin olaraq ötən ilin sonlarında başlamalıydı.


Avrointeqrasiya üzrə Milli İctimai Komitə bu ilin fevralında yaradılıb. Qurumun təsis edilməsi barədə memorandumu politoloqlardan Rasim Musabəyov, İlqar Məmmədov, Leyla Əliyeva, Azərbaycan Naminə Forumun prezidenti Eldar Namazov, «Gün Səhər» qəzetinin İdarə Heyətinin sədri Arif Əliyev, Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov imzalayıb.


XS
SM
MD
LG