Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:29

Sənaye və Energetika Nazirliyinin əsasnaməsi təsdiq olundu


Prezident İlham Əliyevin fərmanıyla Sənaye və Energetika Nazirliyinin əsasnaməsi təsdiq edilib. Əsasnaməyə görə, nazirlik sənaye və energetika sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etməli və bu siyasətin həyata keçirilməsini təmin etməlidir; Nazirlik həm də rəqabətədavamlı sənaye mallarının istehsalının həyata keçirilməsini, enerji resurslarından səmərəli istifadə olunmasını və bu sahədə dövlətin maraqlarının qorunmasını təmin etməlidir.


“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin Dövlət Qaz Nəzarəti İdarəsi Sənaye və Energetika Nazirliyinin tabeliyinə verilib. Nazirliyin strukturuna “Dövlət Enerjinəzarət” İdarəsi də daxildir. Sənaye və Energetika Nazirliyinin aparatının işçilərinin sayı 180 nəfər olacaq. Nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.


Bir neçə ay əvvəl nazirliyə Dövlət Neft Şirkətinin prezidenti olmuş Natiq Əliyev rəhbər təyin olunub.


XS
SM
MD
LG