Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:35

Ekspertlərin təkrar seçkiyə münasibəti


13 may seçkilərinin müzakirəsi, 13 may 2006
13 may seçkilərinin müzakirəsi, 13 may 2006

Seçkinin demokratik keçməsi ilə bağlı fikirlər müxtəlifdir


Müzakirələrdə Seçki Monitorinq Mərkəzinin İdarə Heyətinin üzvü Hafiz Həsənov və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının monitorinq qrupunun rəhbəri Vasif Mövsümov iştirak ediblər.


Hafiz Həsənovun fikrincə, 10 dairədə keçirilən təkrar seçkilər demokratik olmayıb. «6 noyabr seçkilərindən 13 may seçkilərinin konkret nə fərqi oldu» sualını cavablandıran cənab Həsənov heç nəyin dəyişmədiyini deyir: «Ancaq bir məsələ var ki, 6 noyabr seçkilərində saxtalaşdırmalar əsasən məntəqə seçki komissiyalarında səslərin hesablanması prosesində aparılırdısa, bu seçkilərdə saxtalaşdırmalar daha çox səsvermə prosesində oldu».


Vasif Mövsümov isə hesab edir ki, Azərbaycan demokratik seçkilər keçirmədən hələ uzaqdır. Ona görə də 13 may demokratik seçkilər yolunda irəliyə doğru bir addım idi: «Bütün siyasi aktlar, siyasi proseslər əhalinin maarifləndirilməsindən keçir. Azərbaycanda baş tutan hər bir seçki əhalinin siyasi maarifləndirilməsi yolunda bir addımdır».


Hafiz Həsənov bu fikirlə razılaşmır. «Azərbaycan xalqı demokratiyaya hazırdır» deyən cənab Həsənovun fikrincə, «əsas problem ölkədə azad, ədalətli seçki keçirməyə səmimi niyyətin olmamasıdır».


DİNLƏYİN!


XS
SM
MD
LG