Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

Valyuta-dəyişmə məntəqələri ilə bağlı yeni qaydalar hazırdır


Artıq valyuta mübadilə məntəqələrinin işi ilə bağlı yeni qaydalar hazırdır və yekun müzakirələrdən sonra tətbiq edilə bilər. Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı jurnalistlərlə bildirib ki, bu qaydalara görə, təhlükəsizlik məsələsinə diqqət artırılacaq və bütün valyuta-dəyişmə məntəqələri güllə keçirməyən şüşələr və qapılarla təchiz ediləcək. Rüfət Aslanlının sözlərinə görə, ötən ilə nisbətən bu ilin ilk 4 ayı ərazində valyuta-dəyişmə məntəqələrinin sayı 23 faiz azalıb və hazırda 113 məntəqə var.
XS
SM
MD
LG