Regionlara gəldikdə isə, «Azərsu»nun prezidenti deyib ki, Asiya İnkişaf Bankının ayıracağı 60-70 milyon dollarlıq kredit hesabına Ağdaş, Göyçay, Naxçıvan və daha 3 rayonda su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmasına başlanacaq.
Nizaməddin Rzayevin sözlərinə görə, hazırda paytaxtın içməli suyla təminatı üçün 2400 km. uzunluğunda xətlərdən istifadə olunur ki, bu xətlərin də 60 %-ə qədərinin istismar müddəti artıq başa çatıb. Bakının içməli suyla təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan yeni – Oğuz-Bakı su kəmərinin tikintisinə bu ilin sonlarında başlanacaq.
Su sayğacları məsələsinə toxunan «Azərsu»nun prezidenti bildirib ki, şirkət 880 minə yaxın abonentin hamısına 2008-ci ilə kimi sayğaclar quraşdırmağı planlaşdırır. Amma sayğacların quraşdırılması vətəndaşların öz hesabına aparılacaq.