Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:27

Dövlət Proqramının hazırlıq mərhələsi yekunlaşır


Yoxsulluğun azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramının hazırlıq mərhələsinə iyun ayında yekun vurulacaq. Bu barədə Gəncədə keçirilən ictimaiyyətlə görüşdə jurnalistlərə proqram katibliyinin eksperti Namiq Heydərov məlumat verib. Onun sözlərinə görə, gələn aya qədər 2006-2015-ci illər üçün tədbirlər planı hazırlanmalı, strategiya müəyyənləşməlidir. Strategiyanın hazırlanmasında isə BMT-nin İnkişaf Proqramı və Asiya İnkişaf Bankının texniki dəstəyindən istifadə etməklə yanaşı, həm də yerli əhalinin təklifləri dinlənir. «Aqrar sahənin inkişafı nəzərdə tutulub. Emal sahələrinin açılması, əhalinin məşğulluğunun artırılması, ən başlıcası isə idarəetmənin səviyyəsinin qaldırılması planlaşdırılır».


BMT-nin İnkişaf Proqramının təmsilçisi Devid Eysenberqin sözlərinə görə, neft gəlirlərinin ölkədə yaradacağı inflyasiyanın qarşısını almaq üçün hökumət əvvəlcədən uzunmüddətli strategiya hazırlamalı və qeyri-neft sektorun inkişafına ciddi fikir verməlidir


2003-2005-ci illər ərzində həyata keçirilən Dövlət Proqramına 2 milyard dollardan çox vəsait xərclənib. 10 illik Davamlı İnkişaf Proqramının büdcəsi isə hələ müəyyənləşdirilməyib.


XS
SM
MD
LG