Mayın 12-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Birləşmiş Ştatların Azərbaycan və Ukraynada yeni səfirlərinin təsdiqi ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrə Senator Riçard Luqar sədrlik edəcək.
Aprelin 24-də prezident Corc Buş ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə Ənn Dörsinin namizədliyini irəli sürüb. Xanım Dörsi peşəkar diplomatdır. Bundan qabaq o, ABŞ-ın Daxili Təhlükəsizlik Departamentində və ABŞ-ın Avropa Birliyindəki nümayəndəliyində müşavir vəzifəsində çalışıb.