Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına 100 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlərə, müharibə illərində cəbhənin arxa hüdudlarında tapşırıqlar yerinə yetirənlərə, Leninqrad şəhərinin müdafiəsində iştirak edən şəxslərə isə 50 manat məbləğində birdəfəlik maddi yardım edilməsi üçün fərman verib. Fərmanın icrası üçün prezidentin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılıb.
Hazırda Azərbaycanda 24 min müharibə veteranı yaşayır. Onların 12 mini müharibədə döyüşüb, elə bir o qədəri də arxa cəbhədə işləyib. Veteranların 6 mini isə əlildir.