Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

Minsk Qrupunun fransalı həmsədri Bakıdadır


ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye Azərbaycandadır. Səfərin məqsədi həmsədrlərin mayın 2-3-də Moskvada keçirilmiş görüşlərinin nəticəsi haqda tərəflərə məlumat verməkdir:«Bakıda olduğum zaman həmsədrlərin Moskva görüşünün yekunları, eləcə də mənim Yerevanda olduğum müddətdə təqdim olunan yeni ideyalar haqda müzakirə aparacağıq».


Amma cənab Fasye nə Moskva görüşü, nə də Ermənistanın təqdim etdiyi yeni ideyaların nədən ibarət olması haqda açıqlama verməyib. Yalnız bunu bildirib ki, tərəflərin mövqeyini yaxınlaşdırmaq üçün həmsədrlər görüşləri davam etdirirlər və hələ görüləsi çox iş qalıb.


XS
SM
MD
LG