İsrail Fələstinlə 2007-ci ildə imzaladığı "Annapolis" sülh sazişindən imtina eləyir. İsrailin yeni Xarici işlər naziri Aviqdor Liberman bu gün belə deyib.
Liberman aprelin 1-də Yürusəlimdə keçirdiyi mətbuat konfransında açıq şəkildə bəyan eləyib ki, söhbət Fələstin dövlətinin yaradılmasıyla bağlı danışıqların son mərhələsinə başa çatdırmaq öhdəliyindən gedir.
2007-ci ildə, Amerikadakı Annapolis şəhərində eks-prezident Corc Buşun təşəbbüsülə keçirilən beynəlxalq konfransda İsrail və Fələstin liderləri razılığa gəlmişdilər ki, yekun sülh müqaviləsini əldə eləmək üçün davamlı və qərarlı şəkildə danıqşıqlar aparacaqlar.
İsrailin xarici işlər naziri deyib ki, yeni hökumət ancaq yol xəritəsinə - saziş prinsiplərinə əməl eləmək fikrindədir.
İsrail Fələstin danışıqları üzrə Yol xəritəsi 2003-cü ildə qəbul olunan beynəlxalq sənəddir. Bu plan Fələstin dövlətinin yaradılması ideyasını qəbul eləyir, ancaq Fələstin və İsrail rəsmiləri planın bir çox müddəaları üzrə razılığa gələ bilmədiklərindən danışıqlar faktiki olaraq düyünü düşmüşdü.
BMT-nin Baş katibi Ban Ki Mun Libermanın açıqlamalarından sonra yeni İsrail hökumətini müstəqil vFələstin dövlətinin yaradılması üçün öhdəliklərinə əməl eləməyə çağırıb.