Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

Muzeydə yaşayan kommunizm


Boş dükan - Kommunizm muzeyi, Praqa
Boş dükan - Kommunizm muzeyi, Praqa
Bir vaxtlar sovet adaminin idealı olan kommunizm indi Pradaqa muzeydə yaşayır. Şəhərin turistlərlə aşıb-daşan düz mərkəzində yerləşən muzeyin qapısına qədər hər yanda qaynar kapitalizm yaşanır. Bu cür qaynar həyatın içindən – McDonaldsla kazinonun arasından gedən dar cığır isə kommunizmə - Çexiyanın kommunist keçmişindən qalan yadigarların salandığı muzeyə aparır.

Çexlər yaxın dövr kommunist tarixlərinə aid olan hər şeydən bir nümunəni bir neçə otağa toplayaraq gəlib-gedənə göstərirlər.
Çex Respublikasında kommust dövrünün pioneri

Otaqlar kommunist həyat tərzinin əlamətləri ilə doludur. Boş piştaxtalı dükanlar, boynu qaltuklu pionerlər, şanlı fəhlə-kəndli həyatının kustar iş alətləri, kapitalizmi lənətləyən təbliğat plakatlar, kommunizm ideoloqlarının Marksın, Engelsin, Leninin dəbdəbəli heykəlləri və s.

Əlbəttə, muzeyin ziyarətçilərə təqdim etdiyi əşyaları saymaqla bitməz. Sovetlərin 1968-ci ildə Praqaya hərbi müdaxiləsindən qalma tank tırtıllarının, silahların, əsgər geimlərinin qalıqları, sovet çəkmələri, orden-medallar, velosipedlər, motosikletlər və s.
Otaqlardan birində isə Çex respublikasının bu müdhiş keçmişindən neə qurtulduğunu əks etdirən sənədli filmlər nümayiş etdirilir. Filmlərdə kommunist rejiminə qarşı mitinqlərin necə amansızlıqla dağıdılması, siyasi məhbusların azadlığı üçün keçirilən mitinqlərdə mülki geyimlilərin qəddarlığı, azadlıq uğrunda mubarizlərin həyatları nümayiş etdirilir.

Çex Respublikasında kommust dövrünün radiosu
Muzeyin təşkilatçıları deyirlər ki, sovet dövrünü görmüş adamlar indi qaynar kapitalizm həyatı yaşadıqlarından öz xatirələrini övladlarına danışmağa vaxtları azdır. Ona görə də bu muzey yeni nəslin bir sovet dövrü müəllimi rolunda düşünülüb.

2001-ci ildən fəaliyyət göstrən muzeyin boş dükanlar, kustar əmək alətləri və s.-lə dolu otaqlarından çıxıb aşıb-daşan dükanların arasına düşəndə yaranan müqayisə adamda soyuq duş effekti yaradır. Bu “duş” da adama havayı verilmir. Bilet alıb muzeydə kapitalizmdən kommunizmə boylanmağın qiyməti təxminən 7 manatdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG