Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

Böhran üzündən dövlət idarələrində ixtisarlar başlayır


Qazaxıstan iqtisadi böhranla mübarizə apara bilmək üçün dövlət şirkətində çalışanların bir qismini ixtisar eləyir.

Aprelin 1-də Qazaxıstanın Baş naziri Kərim Mənsimov qəzarə açıqlayıb. Baş nazir deyib ki, xərcləri azaltmaq üçün bu addımı atmağa məcburdurlar.

Hökumətin qənaət planına görə, ilin sonuna qədər dövlət idarələrində işə götürmə dondurulur və istehsalın azalmasıyla bağlı ixtisarlar da aparılacaq.

İlk olaraq "Samruk-Kazina" Dövlət Konserni istehsal gücünü yarıbayarı azaldacaq, ixtisarlar edəcək və maaşları da 15 faiz kəsəcək.

Bu dövlət konserninə dövlət neft-qaz şirkəti, nüvə enerjisi agentliyi, milli hava yolları, dəmir yolu, poçt və bir sıra başqa investisiya müəssisələri daxildir.
XS
SM
MD
LG