Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31

Kommunizmdən qorunmaq üçün təhlükəsizlik zəmanəti


Ekspertlər deyirlər ki, 1999-cu ildən bu yana NATO uğurlu bir genişlənmə həyata keçirib
Ekspertlər deyirlər ki, 1999-cu ildən bu yana NATO uğurlu bir genişlənmə həyata keçirib
NATO rəsmi olaraq 1949-cu il aprelin 4-ü Vaşinqton sazişi əsasında yaradılıb. Lakin onun başlanğıc mənbəyi daha əvvəllərə gedib çıxır. Həmin ərəfədə Avropa ölkələrinə Sovet İttifaqı və kommunizmdən qorunmaq üçün ABŞ-ın təhlükəsizlik zəmanəti lazım idi.

Sovet İttifaqı İkinci Dünya Müharibəsinin xarabalıqları arasında Mərkəzi və Şərqi Avropada özünün dəmir pərdəsini çəkirdi. Ondan gələn təhlükədən qorunmaq üçün isə 5 Avropa ölkəsi 1948-ci il Brüssel sazişi imzaladılar və bununla da Qərbi Avropa Birliyini yaratdılar.

Qərbi Avropa Birliyini Avropa Təhlükəsizlik və Müdafiə Assambleyasının prezidenti Robert Valter deyir ki, NATO Brüssel sazişi olmadan yaradıla bilməzdi.

«61 il əvvəl Brüssel sazişi vardı və bu da Fransa və Böyük Britaniyanı vahid ittifaqda bir araya gətirdi. Biz onun üzərində də 1949-cu il Vaşinqton sazişini yaratdıq hansı ki, ABŞ və Kanadanı da əhatə etdi».

Sovet İttifaqının Qərbi Avropanı işğal etməsinə qarşı ABŞ-dan təhlükəsizlik təminatının alınması Vaşinqton sazişinin 5-ci maddəsində əks olunmuşdu. Bu hər hansı NATO üzvi olan ölkəyə hücum olunardısa, bütün alyans üzvlərinin köməyə gələcəyi ilə bağlı bir müddia idi.

61 il əvvəl Brüssel sazişi vardı və bu da Fransa və Böyük Britaniyanı vahid ittifaqda bir araya gətirdi. Biz onun üzərində də 1949-cu il Vaşinqton sazişini yaratdıq hansı ki, ABŞ və Kanadanı da əhatə etdi
1961-ci ildə Şərq və Qərb arasında artan gərginlik Berlin divarının yaranması ilə nəticələndi. Eyni vaxtda da ABŞ Fransa və Qərbi Almaniyanı öz nüvə arsenallarını inkişaf etdirməkdən çəkindirərək Avropa nüvə gücünü yaratmağı təklif edirdi.

Lakin ABŞ-ın Avropada nüvə silahına nəzarət etməsi Fransa prezidenti Şarl de Qolun xoşuna gəlmədi və o, 1966-cı ildə qurumu tərk etdi və NATO öz qərargahını Brüsselə köçürmək məcburiyyətində qaldı. De Qolun qurumdan çıxması da NATO tarixində növbəti mərhələ açdı.

Nə Vaşinqton, nə də Avropa 1989-cu ildə Berlin divarının dağılmasının əslində 1991-ci ildə tam süqut edən kommunist sisteminin çökməsinin başlanğıcı olduğunu bilmirdilər. Keçmiş NATO sözçüsü Cami Şi deyir ki, Berlin divarının dağılması ittifaq üçün inqilabi bir hadisə idi. Onun sözlərinə görə, bu hadisə bir anda NATO-nun da sonu kimi görsənirdi. Lakin «soyuq müharibə»nin başa çatması elə bir vəziyyət yaratdı ki, NATO-nun rolu başqa cür görünməyə başladı. Qurum müdafiə və təhlükəsizlik sahəsində islahatlarla məşğul ola və keçmiş sovet ölkələrinə ayaq üstə dayanmağa kömək edə biləcəyini anladı.

Londonda yerləşən Kral Müdafiə və təhlükəsizlik elmləri institutunun direktoru Maykl Klark deyir ki, NATO-nun son tarixində diqqət çəkən daha bir mühüm məqam var.

1999-cu ildən bu yana NATO uğurlu bir genişlənmə həyata keçirib. Belə ki, Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya və Baltik ölkələrini tərkibinə alıb. Xorvatiya və Albaniyanın da NATO-ya daxili gözlənilir. Cənab Klark bildirir ki, bu cür genişlənmə ona işarədir ki, uğurlu bir ittifaq zamanla uyğunlaşmağı da bacarmalıdır:

«1989-cu və 1991-ci ildən sonra məncə, NATO-nun genişlənməsi təbii və çox düzgün bir reaksiya idi. Onun «soyuq müharibə» dövründəki dəyər və vəzifələri təmsil etməyə elə də böyük əsası yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG