Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:28

Novella Cəfəroğlu: «Referendumdan sonra elə gülürəm…»


«Sonuncu dəfə nəyə ürəkdən gülmüsünüz?» «Azadlıq» radiosunun bu sualını tanınmış şəxslər cavablandırır

İsa Qəmbər, Müsavat Partiyasının başqanı
:

«Vəziyyət nə qədər ağır olsa da, problemlər çox olsa da, optimizmə üstünlük vermişəm.
İsa Qəmbər
Gülüşü, yumoru, hətta siyasi mübarizədə satiranın rolunu yüksək qiymətləndirirəm. Hakimiyyətin sarsaq hərəkətlərinə, dostlarla yumorlu situasiyaları yada salıb gülməyə üstünlük verirəm. Belə hallar tez-tez olur».

Novella Cəfəroğlu, hüquq müdafiəçisi:

«Mən referendumdan sonra elə gülürəm. Belə bir əhvalat var ki, bir padşah camaatı sıxışdırmaq üçün vergiləri artırır və sonra da vəziri göndərir ki, gedin, baxın, camaat nə edir. Vəzir də deyir ki, camaat ağlayır. Hər dəfə vergilər artanda, camaat ağlayır. Üçüncü dəfə vəzir deyir ki, camaat daha ağlamır, gülür, oynayır, qəhqəhə çəkir. Bax onda padşah daha vergiləri artırmır. Bizim də indi elə vəziyyətimizdir ki, hər gün gülə bilərik».

Səlim Babulaoğlu, Dünya Ədəbəiyyatı Dərgisinin baş redaktoru:

«Son dəfə ürəkdən bu gün səhər gülmüşəm. Oğlum aldatdı ki, «2» alıb. Sonra zarafat elədiyini dedi.
Novella Cəfəroğlu
Xeyli güldüm».

İsaxan Aşurov, vəkil:

«Bir dəfə möhkəm güldüyüm yadıma gəlir. Amma çox əvvəllər olmuşdu. Bir küçədə bir-birinə əks istiqamətdə maşınların çox tələsməyi məni çox güldürmüşdü».

Alim Qasımov, muğam ustası:

«Vallah, nə bilim, lətifə danışıblar mən də ürəkdən gülmüşəm. Amma o lətifələr indi yadımda qalmayıb. Hamının gülməyə ehtiyacı var. Baxır harada və kiminlə».

Nizami Cəfərov, millət vəkili:

İsaxan Aşurov
«Yadıma gəlmir. O qədər gülürük ki, bilmirik hansı əvvəl idi, hansı sonra».

Fəxriyyə Xələfova, modelyer:

«Son dəfə eşitdiyim lətifəyə gülmüşdüm. Mənası və məzmunu qeyri-adi idi. Adətən lətifələri, hansısa maraqlı əhvalatları eşidəndə ürəkdən gülürəm. Hətta lətifə kitablarını da çox məmnuniyyətlə alıb oxuyuram. Real əhvalat olanda isə hisslərimi büruzə verməkdən çəkinirəm».

Qənirə Paşayeva, millət vəkili:

«Onu deyə bilmərəm. Belə şeyləri yadımda saxlamıram ki, nəyə və nə vaxt güldüm».

P.S. Deyəsən bu işıqlı dünyada bizi ən çox gülməcələr güldürür…
Qənirə Paşayeva
Elə mən özüm də ən son bir Şəki lətifəsinə gülmüşəm:

Deyir, Şəkililərin məşhur Hacı dayısı heç cür pul qazanıb ailəsini saxlaya bilmirmiş. Axırda dəlləklik eşqinə düşür. Özünü verir Bakıya. İlk müştərinin üzünü sabunlayır, ona bir-iki Şəki lətifəsi danışıb ülgücü işə salır. Qulağının dibində bərk ağrı hiss edən müştəri dik atılır:

-Usta qədeş, bir az yavaş, qulağımı kəsərsən…

Hacı dayı də təzəcə kəsdiyi əlindəki qulağı müştəriyə göstərib deyir:

- Hayındı, habını diyirsən?
XS
SM
MD
LG