Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 00:12

Hüquq müdafiəçisini döyüblər


Rusiyalı insan haqları müdafiəçisi Lev Ponomarev
Rusiyalı insan haqları müdafiəçisi Lev Ponomarev
Rusiyalı insan haqları müdafiəçisi Lev Ponomarev zorakılığa məruz qalıb. Onu martın 31-i Moskvada döyüblər.

«İnterfax» xəbər agentliyinin verdiyi məlumata görə, Ponomarev xəstəxanaya yerləşdirilib və «vəziyyəti ağırdır».

Beynəlxalq «Human Rights Watch» təşkilatının Rusiyadakı bölməsinin rəhbəri Tatyana Lokçina bildirib ki, bu hadisə ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti üçün olan şərait dözülməzdir.

Başqa bir insan haqları müdafiəsi ilə məşğul olan qurumun rəhbəri Aleksandr Verxovski Ponomarevə olan hücumu «həyəcan siqnalı» adlandırıb və deyib ki, bu o deməkdir ki, Ponomarevin «fəaliyyəti kiminsə maraqlarına sərf etmirdi».
XS
SM
MD
LG