Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:57

Qanunların asanlaşmasına dair tədbirlər planı hazırlanıb


Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbuluna hazırlıq işləri üzrə komissiya ölkədəki qanunların bu qurumun tələblərinə uyğunlaşdırılması üçün tədbirlər planı hazırlayıb. Planda nəzərdə tutulub ki, 2007-ci ilin axırına qədər ölkədəki bütün qanunvericilik aktları hamı tərəfindən başa düşüləcək qədər sadələşdirilsin, qəbul edilməmişdən əvvəl geniş ictimai müzakirəyə çıxarılsın.


Xarici İşlər Nazirliyində Dünya Ticarət Təşkilatına qəbulla bağlı danışıqlar qrupunun üzvü Şövqi Mehdizadə «Azadlıq» radiosuna deyib ki, sənəd hökumətə təqdim olunub: «Bu tədbirlər planı qəbul olunsa, iş adamları daha televizorda eşitməyəcəklər ki, onların fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilib. Qanun layihələri əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq. Bu, daha şəffaf mühit yaradacaq. Biznes üçün prosedurlar daha da asanlaşacaq».


Qanunların ictimai müzakirəyə çıxarılması və asanlaşdırılması Dünya Ticarət Təşkilatının əsas tələbidir. Azərbaycan bu təşkilata üzv olmaq üçün 9 il əvvəl sənəd versə də, indiyə kimi bir qanun belə bu tələb əsasında dəyişdirilməyib. Hazırda Dünya Ticarət Təşkilatının 150 üzvü var. Təşkilata üzv olan ölkələr ticarət rejiminin liberallaşması, iqtisadi mübahisələrin beynəlxalq həlli, qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi kimi üstünlüklər qazanırlar. Gürcüstan və Ermənistan bu qurumun üzvüdür.


XS
SM
MD
LG