Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 18:02

Yuşşenko parlamentdə ölkənin daxili və xarici vəziyyətindən danışıb


Ukrayna prezidenti Viktor Yuşşenko bu gün parlamentdə illik çıxışında ölkənin daxili və xarici vəziyyətindən danışıb.

Prezident deyib ki, ölkə iqtisadi böhranla bağlı çətin bir dövrünü yaşayır amma söhbət faciədən getmir.

Rusiyayla münasibətlərə gəldikdə isə Yuşşenko deyib ki, o Rusiyayla münasibətlərin maksimum yaxşılaşdırılmasının tərəfdarıdır və bu sahədə əlindən gələni əsirgəməyəcək.

Viktor Yuşşenko həmçinin siyasətçiləri sentyabradək bütün daxili çəkişmələri dayandırmağa çağırıb.
XS
SM
MD
LG