Talibanın Pakistanda yerləşən qolunun rəhbəri Baitulla Məhsud deyir ki, martın 30-u Lahor şəhərində polis akademiyasına olan hücumu onlar təşkil ediblər.
Martın 30-u naməlum silahlılar Lahor şəhərinin qırağında yerləşən akademiya binasına əl qumbarası və avtomat silahlarla hücum eləmişdi. Hücumda akademiyada təhsil alan 8 tələbə öldürülüb.
Bundan sonra binanı mühasirəyə alan polislə silahlılar arsında 8 saat atışma gedib.
Atışmada 20-yə yaxın polis ölüb, daxili işlər katibi Kamal Şahın məlumatına görə, 89 polis yaralanıb.
Polis hücum edənlərdən dördünü öldürüb, 4 nəfərini isə tutub. Hücumçuların 3-ü isə əsir düşməmək üçün özünü partladıb.
Pakistan hakimiyyəti bildirir ki, həbs olunmuş 4 silahlı sorğu-sual edilir. Ölkənin daxili işlər nazirliyinin verdiyi məlumat görə hücum edən yaraqlılar Baitulla Məhsuda sadiq şəxslər olublar və Cənubi Vəziristandan gəliblər.
Baitulla Məhsud Taliban hərəkatı hesab olunan Təhrik-e-Taliban qruplaşmasına rəhbərlik edir. Bu qrup ölkə ərazisində, əsasən də şimalında bir sıra terro aktları törədiblər.