Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:31

Britaniya qoşununu İraqdan çıxarmağa başlayır


İraqdakı Britaniya hərbi qüvələrinin rəsmi olaraq ölkəni tərk etməyə başlayacağı deyilir.

Martın 31-i Bəsrə şəhərində yerləşən Britaniyanın rəhbərlik etdiyi koalisiya bazasının öz bayrağını endirəcəyi və nəzarəti ABŞ qüvvələrinə verəcəyi gözlənilir.

Keçən il İraq hökuməti ilə imzalanmış sazişə görə İraqda olan dörd min bir yüz Britaniya hərbiçisi 2009-cu ilin iyuluna qədər ölkədən tam olaraq çıxarılmalıdır.

Dörd min altı yüz nəfərdən ibarət Britaniya hərbi qüvvələri 6 il əvvəl, ABŞ-ın İraqda hərbi əməliyyatlara başladığı vaxt ölkəyə göndərilmişdi. Həmin vaxt Toni Blerin baş nazir olduğu Böyük Britaniya ABŞ-ın əsas müttəfiqlərindın biri idi. Hərbi əməliyyatların başlamasından bu günədək İraqa yüz səksən Britaniya hərbiçisi həlak olub.
XS
SM
MD
LG