Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

Jurnalistlər siyasətçiləri ifşa edirlər


90 saatlıq gizli lent yazılarında çoxlu irqçi ifadələr var
90 saatlıq gizli lent yazılarında çoxlu irqçi ifadələr var
Siyasətçilərin rəsmi çıxışlarında dedikləri ilə qeyri-formal şəraitdə söylədikləri çoxmu fərqlənir?

Bu məsələni araşdırmaq üçün İsveç radiosunun 3 jurnalisti adi vətəndaş kimi İsveç Demokrat Partiyasına üzv yazılaraq, gizli mikrofonla partiya üzvlərinin ictimaiyyət üçün nəzərdə tutulmayan söhbətlərini lentə alıblar.

İsveçin «Expressen» qəzeti yazır ki, 90 saatlıq gizli lent yazılarında çoxlu irqçi ifadələr var. Məsələn, partiya üzvü öz həmkarlarına deyir ki, onun oğlu Somalidən olan bir yoldaşını evə qonaq gətirmək istəyirdi. Lakin o, buna icazə verməyib.

«O gəlsəydi, gərək evdə bütün döşəməni dəyişəydim», – deyə siyasətçi öz yoldaşlarına izah edib.

Jurnalistlərin dediyinə görə, hər 3 söhbətdən birində irqi ayrı-seçkilik var.

Bir başqa lent yazısında deyilir: «Bilirsinizmi ki, Əfqanıstandan və Afrika ölkələrindən İsveçə gələn qaçqınların bədənində orta hesabla 2000-ə qədər parazit olur? Təsəvvür edirsiniz, heç itlərdə bu qədər olmur, halbuki itləri ölkəyə gətirərkən onları karantində saxlayırlar, bunları isə birbaşa ölkəyə buraxırlar».

Bir başqa zarafatda isə partiya üzvlərindən biri deyir: «Bilirsiniz, müsəlman qadınları niyə çadrada gəzirlər? Çünki ərləri onları döyəndən sonra sir-sifətlərindəki göyərmiş yerləri gizlədə bilsinlər».

Gizli lentlərdə deyilənlər martın 30-da İsveç radiosunun «Kaliber» proqramında efirə gedib.

İsveç Demokratlarının funksioneri Mikael Yansson partiya üzvlərinin kuluarlardakı zarafatlarını inkar etmir. Amma bildirir ki:

«Əgər hər hansı söhbəti gizli şəkildə lentə alıb onu kontekstdən kənar səsləndirsən, həmin sözləri deyən adam haqqında yanlış təsəvvür yaranar. Biz irqçi deyilik».

Partiyanın sədri Cimmie Okesson öz çıxışlarında dəfələrlə bəyan edib ki, partiya irqçiliyi qətiyyətlə pisləyir.

«Expressen» həmçinin yazır ki, araşdırmanı aparan jurnalistlərdən biri fevral ayında partiya üzvləri tərəfindən ifşa olunub. Gəmi ilə Tallinə gedərkən kimsə jurnalistin çantasında diktofon gizlədildiyini görüb. Jurnalistin dediyinə görə, bu zaman ona təzyiqlər olub. O, bununla bağlı partiya liderlərini məhkəməyə verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG