Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Keçmiş prezident Lex Valensa Polşadan çıxıb–getməklə hədələyir


Polşanın keçmiş prezidenti, məşhur anti-kommunist Solidarnost hərəkatının rəhbəri olmuş Lex Valensa öz yeni bioqrafiyasına etiraz olaraq ölkəni tərk edəcəyi ilə hədələyir.

“Lex Valensa: İdeya və Tarix” adlı yeni kitabın müəllifi Pavel Zızak yazır ki, Lex Valensa kommunist dövrünün məxfi xidmətləri ilə əməkdaşlıq eləyirdi və onun nikahdan kənar oğlu var.

Valensa öz bloqunda yazır ki, bu kitaba etiraz olaraq heç bir ictimai tədbirdə iştirak etməyəcək.
Valensa istəyir ki, hökumət orqanları onun keçmişini araşdırsınlar və araşdırmanın nəticəsini rəsmi bəyan eləsinlər ki, gələcəkdə belə spekulyasiyalar təkrara olunmasın.
XS
SM
MD
LG