Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:43

Müəllimlərə kompüter veriləcək


Aprelin ilk on günlüyündə «Xalq kompyuteri» kampaniyası çərçivəsində pilot layihə başlayır. Layihənin müddəti dörd aydır.

Bu haqda «Azadlıq» radiosunun «İşdən sonra» proqramına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində kompüterlər ilkin olaraq xüsusi regiondakı müəllimlərə veriləcək:

«Kompüterlər bir il müddətinə veriləcək. İlkin ödənişsiz, faizsiz. Bazar qiymətindən ucuz, parametrləri isə bazardakından yüksək olacaq».

Rüfət Gülməmmədova görə, layihənin bir özəlliyi də odur ki, lisenziyalı proqram təminatı olacaq.

«Xalq kompyuteri» Azərbaycan hökumətilə xarici qurumların birgə layihəsidir.
XS
SM
MD
LG