Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Pakistanda Polis Akademiyasına hücum dəf olundu


Pakistanın Təhlükəsizlik Xidmətləri bildirirlər ki, Pakistan kommandosu Polis Akademiyası binasına nəzarəti əlinə alıb. Xüsusi təyinatlı dəstə girov götürülmüş 10 polisi də azad edib.

Bu gün səhər naməlum silahlılar Lahor şəhərinin qırağında yerləşən akademiya binasına qumbarlarla və avtomat silahlarla hücum eləmişdi. Hücumda akademiyada təhsil alan 8 tələbə öldürülüb.

Bundan sonra binanı mühasirəyə alan polislə silahlılar arsında 8 saat atışma gedib.
Atışmada 20-yə yaxın polis ölüb, daxili işlər katibi Kamal Şahın məlumatına görə, 89 polis yaralanıb.

Polis hücum edənlərdən dördünü öldürüb, ən azı 3 nəfərini isə tutub. Hücumçuların 3-ü isə əsir düşməmək üçün özünü partladıb.
XS
SM
MD
LG