Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:41

BMT-nin Baş katibi ilə Sudan prezidenti ilk dəfə üz-üzə gəlib


BMT-nin baş katibi Ban Ki Mun Ərəb ölkələri sammitində deyib ki, Sudan beynəlxalq yardım təşkilatlarını Darfur bölgəsinə buraxmalıdır.

Ban Ki Munu Qatardakı sammitdə dinləyənlər arasında beynəlxalq məhkəmənin həbsinə order verdiyi Sudan prezidenti Ömər Əl-Bəşər da var.

Samitin əvvəlində Suriya prezidenti Bəşər Əl-Əsəd isə sammiti beynəlxalq həbs qərarını rədd etməyə çağırıb. O deyib ki, bu, ərəbləri zəiflətməyə və Sudanı bölməyə növbəti cəhddir.
XS
SM
MD
LG