Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Təbii fəlakət Daşkəsənə 70 min manatlıq ziyan vurub


Güclü qasırğa nəticəsində Daşkəsəndə məhv olmuş binaların bərpası üçün Fövqəladə Hallar Nazirliyinə siyahı göndərilib. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 70 min manat vəsaitə ehtiyac var.

Bu barədə Daşkəsən rayon Tikinti Arxitektura Şöbəsinin baş məsləhətçisi Elman Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, dəyən ziyanın aradan qaldırılması yaxın 3 ay ərzində planlaşdırılır.

«Güclü qasırğa nəticəsində rayonun 20 məktəb, 2 xəstəxana binasına və bir çox obyektlərinə ziyan vurub. Daşkəsən şəhərində 42 çoxmərtəbəli yaşayış binası və 16 həyət evinə də ziyan dəyib».
XS
SM
MD
LG