Emin Ağalarov
Azərbaycanlı multimilyonçu Araz Agalarovun Moskvadakı «Crocus Group» şirkəti indiki qlobal maliyyə böhranından ziyan çəkməyə başlayıb. Onun oğlu, şirkətin kommersiya direktoru Emin Ağalarov «Röyters»ə deyib: «Biz Moskvada geriləmənin artıq başladığını hiss edirik və bu geriləmə əhəmiyyətli dərəcədə böyükdür».
Emin Ağalarov deyir ki, ümumilikdə onun ehtimalları çox bədbindir:
«Ancaq bu ilin birinci yarısında bütün iri satış şirkətlərinin hamısına ziyan dəyəcək».
«Röyters» yazır ki, «Crocus Group»un brilyantlardan tutmuş limuzinlərə qədər lüks mallar satan 100-dən çox butiki var.
Araz Ağalarovun özü isə vaxtilə deyirdi ki, onun «Krokus» satış şəbəkəsində satılan malların çeşidi və sayı İsveçin məşhur «Ikea» satış şəbəkəsindən çoxdur.