Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:10

Ömər Xəyyamın orijinal şəkildə hazırlanan ilk kitabı


«Ömər Xəyyam rübailəri» kitabı nəşr edilib. Kitab Əli Polad Vahabzadənin təşəbbüsü və sponsorluğu ilə işıq üzü görüb.

«Düşündüm ki, Xəyyamın kitabını orijinal şəkildə hazırlayaq. Hər bir rübai üçün xüsusi miniatür seçdik. Əgər kimsə oxumaq həvəskarı deyilsə və miniatürdən zövq alırsa, təsvir vasitəsilə rübainin mənasını anlayacaq. Bu, Ömər Xəyyamın orijinal şəkildə hazırlanan ilk kitabıdır»-, deyə Əli Polad bildirib.

Professor Kamil Vəli Nərimanoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə,
Əli Polad bu kitab üzərində 4 il işləyib. Onun məqsədi Azərbaycan, türk, rus və ingilis oxucularına Ömər Xəyyamı daha yaxından tanıtmaqdır.
XS
SM
MD
LG