Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 15:58

Araz çayı üzərində yerləşən körpü suyun altında qalıb


Son günlər Naxçıvan Muxtar Respublikasında (NMR) yağan aramsız yağışlar Araz çayında suyun səviyyəsini artırıb. Çayın məcrasından çıxması İran İslam Respublikası ilə sərhəddə yerləşən Şahtaxtıpoldəş gömrük-keçid məntəqəsində də gediş-gəlişin dayandırılmasına səbəb olub. Şahtaxtı kənd sakinlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bir neçə gündür Araz çayı üzərində yerləşən körpü suyun altında qalıb. Muxtar Respublika Gömrük Komitəsindən isə bildirirlər ki, görülən tədbirlərdən sonra mayın 4-dən etibarən keçid məntəqəsi fəaliyyətini bərpa edəcək.


Elə Araz su anbarında da suyun səviyyəsi sürətlə qalxmaqda davam edir. Ən son məlumata görə, anbarın dolmasına bir neçə sm. qalır. Anbar dolduqdan sonra oradan axıdılan suyun həcminin artırılacağı bildirilir. Çayın ətrafında yerləşən yaşayış məntəqələrindən əhalinin köçürülüb-köçürülməyəcəyinə gəldikdə isə, NMR Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, buna ehtiyac yoxdur. Çünki güclü daşqınlar gözlənilmir.


Aprelin 30-da evləri suyun altında qaldığından çadırlarda yerləşdirilən Kəngərli rayonunun Təzəkənd sakinləri isə, hələ bir neçə gün də orada qalmalı olacaqlar. NMR Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, çayda suyun səviyyəsi nisbətən azaldığından evlər sudan təmizlənir. Yararsız vəziyyətdə olan evlər isə bərpa ediləcək.


XS
SM
MD
LG