Amerikanın General Motors şirkətinin baş icraçı direktoru Rik Vagoner vəzifəsindən istefa verib. Məlumata görə, ondan belə bir addım atmasını hökumət istəyib. Gözlənilir ki, bu gün Amerika prezidenti Barak Obama avtomobil sahəsinə hökumət yardımı ilə bağlı planı açıqlayacaq.
Qlobal iqtisadi böhran başlayanı avtomobil satışı 30 faizdən də çox aşağı düşüb. Aparıcı avtomobil şirkətləri «General Motors» və «Chrysler» hökumətdən kredit istəyir.
General Motors şirkəti 2005-ci ildən bəri 82 milyard dollar itirib. Amma hökumətin yardımı hesabına müflis olmaqdan yaxa qurtara bilib.