Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Pakistanda iyirmiyə yaxın polis zabiti öldürülüb


Pakistanda Lahor şəhəri yaxınlığında silahlı şəxlərin polis akademiyasına hücumu nəticəsində iyirmiyə yaxın polis zabiti həlak olub, yaralılar var. Hücum edənlərin əl qumbarası ilə silahlandığı bildirilir.

Verilən məlumata görə, hücum başlayanda silahlılarla polis arasında bir saatdan çox atışma olub. Hadisəni hansı qrupun törətdiyi hələlik məlum deyil.

Bir neçə həftə əvvəl Lahor şəhərində silahlılar Şri-Lankanın kriekt komandasına hücum etmişdi. Səkkiz polis zabiti və idmançıları aparan avtobusun sürücüsü ölmüşdü. Silahlılar isə hadisə yerindən qaça bilmişdilər.

XS
SM
MD
LG