Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:19

8-ci mikrorayonda dükanları sökürlər


Tennis Akademiyası aprelin axırında təhvil veriləcək
Tennis Akademiyası aprelin axırında təhvil veriləcək
Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində 20-dən artıq dükan sökülür. Dükanların icarədarları deyirlər ki, qabaqcadan xəbərdar edilmədiklərindən avadanlıqları dağıntılar altında qalıb.

Şikayətçilər:

«Dükan sahiblərinə guya yer veriblər, amma bizə xəbərdarlıq etməyiblər, mallarımızın hamısı batdı...»

«Burada xeyli dükan vardı, hərəsində də 2-3 işçi. Hamısının ailəsi qaldı işsiz. Nə var, nə var, burada nəsə tikəcəklər...»

«Prezident deyib ki, guya 600 min iş yeri açılıb, amma əksinə, iş yerləri dağıdılır...»

«Bəlkə sahibkarlara deyilib, amma burda işləyənlərin 90 faizi icarədarlardır, onların heç birinin xəbəri yox idi».

Dükanların yerləşdiyi yer tikilməkdə olan Tennis Akademiyasının yaxınlığında yerləşir.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev «Azadlıq» radiosuna deyib ki, dükanlar müvəqqəti olaraq tikilmişdi, həmin ərazidə daha mühüm obyektlər tikiləcək.

«Tennis Akademiyası tikilib, qarşısı təmizlənməlidir»
A. Qocayev artıq dükan sahiblərinə kompensasiyaların verildiyini də deyir:

«Nə lazımdır ödənilib, yer də verilib. Yolun ortasında tikiblər. Ümumiyyətlə, o vaxtı dükanlar veriləndə, müvəqqəti verilib. Onun arxasında Tennis Akademiyası tikilib, qarşısı təmizlənməlidir. Dünyada analoqu olmayan yeni olimpiya kompleksidir... Dükan sahiblərinə özəl bir şirkətin binasından yer alınıb. Hər kəsin nə qədər kvadrat metri var idi, o qədər də yer, order verilib...».

Ancaq icarədarlardan Sənani Hüseynov deyir ki, dükan sahiblərinə ayrılan yer hələ tam hazır deyil:

«Həmin yerdə ancaq divarlardır, qapısı da yoxdur».

Tennis Mərkəzinin tikintisi ilə əlaqədar Sovet İttifaqı qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin də yeri dəyişdirilib.

Bakıda Tennis Mərkəzinin yaradılması təşəbbüsü Milli Məclisin sədri Oqtay Əsədova məxsusdur. O, 2004-cü ildən Tennis Federasiyasına rəhbərlik edir.

İş icraçısı Şəmsi Teymurov «Azadlıq» radiosuna deyib ki, Tennis Akademiyası aprelin axırında təhvil veriləcək.

Bakının 8-ci mikrorayonunda söküntü işləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG