Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:46

Azərbaycan ordusunun daha bir əsgəri ölüb


Tərtərin «N» saylı hərbi hissəsində xidmət edən əsgər İlkin Abdullayev martın 27-də müəmmalı şəkildə ölüb.

Bu barədə «Azadlıq» radiosunun müxbiri Müstəcab Məmmədova əsgərin ailəsi məlumat verib.

Artıq əsgər dəfn olunub.

1990-cı il təvəllüdlü İ. Abdullayev 2008-ci ilin oktyabrında Astara Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumatsız olduğunu deyir.
XS
SM
MD
LG