Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Ermənistan atəşkəs rejimini yenə də pozub


Ermənistan silahlı qüvvələrinin bölmələri martın 27-də növbəti dəfə atəşkəs rejimini pozub.

ANS Press-in məlumatına görə Ermənistan ordusu Berd rayonu
ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndi, Noyenberyan rayonundakı mövqelərindən Azərbaycan ordusunun Qazax rayonundakı adsız yüksəkliklərdə yerləşən mövqelərini, eləcədə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
XS
SM
MD
LG