Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:18

50 nəfərin ölümüylə nəticələnmiş partlayış araşdırılır


Pakistanın hakim dairələri ötən cümə günü 50 nəfərin ölümü, xeyli adamınsa yaralanmasıyla nəticələnmiş hücumu araşdırır.

Ölkənin şimal-qərbində yerləşən Camrud şəhərində bir intiharçı özünü məsçiddə partladıb.

Hakim dairələr hesab edir ki, hücumu bu yaxınlarda yaraqlılara qarşı aparılmış əməliyyata cavab olaraq ifratçı qüvvələr törədib.

Pakistanda fəaliyyət göstərən yaraqlılar vaxtaşırı Əfqanıstandakı kolaisiya qüvvələrinə yük aparan maşın karvanlarına hücum edirlər.

XS
SM
MD
LG