Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Pakistan kəşfiyyatındakı bəzi ünsürlər yaraqlılara kömək edir


Birləşmiş Ştatlarda Pakistan kəşfiyyatındakı bəzi ünsürlərin hələ də Əl Qaida və Taliban yaraqlılarına yardım etməsinin əlamətləri var.

Bunu ABŞ Qərərgah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri Mayk Mallen CNN televiziyasına müsahibəsində deyib.

O Pakistanın əks kəşfiyyat idarəsini Əfqanıstan və Hindistan sərhəddindəki yaraqlılarla əlaqəni kəsməyə çağırıb.

ABŞ prezidenti Barak Obama bundan əvvəl Əfqanıstanda strategiyanın dəyişdiyini elan edib.

Obama deyib ki, planda əsas məqsəd Pakistan və Əfqanıstanda Əl Qaidanın strukturunu dağıtmaq, məhv etməkdir.

Planda həmçinin Əl Qaida və Taliban hərəkatına qarşı mübarizədə əməkdaşlığın artırılması əvəzində Pakistana daha çox yardım nəzərdə tutulur.

Prezident Barak Obama bu yaxınlarda Əfqanıstana 17 min əlavə qüvvə göndərilməsi barədə qərar qəbul edib.
XS
SM
MD
LG