Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Oktyabr, Cümə, Bakı vaxtı 17:08

Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin cəsədi tapılıb


Türkiyənin Böyük Birlik Partiyasının (BBP) başqanı Möhsin Yazıçıoğlunun və daha 5 nəfərin qəzaya uğradığı helikopterin düşdüyü yer müəyyənləşib, qəzaya uğrayanların cəsədləri tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Bəşir Atalay məlumat verib.

Nazir deyib ki, helikopter Almadağ və Sisnə arasında tapılıb.

Heliokopterin qəzaya uğradığı ərazini 17 nəfərdən ibarət dəstə tapıb.
XS
SM
MD
LG