Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:44

Medvedev Çeçenistanla bağlı bəzi qadağaların götürülə biləcəyini deyib


Çeçenistanda təhlükıszilik sarıdan vəziyyətin yaxşılaşması bu muxtar respublikaya tətbiq olunan məhdudiyyətlərin götürülməsinə imkan yaradır.

Rusiya prezidenti Dmitri Medvedev belə deyib. Prezidentin sözlərinə görə, o, Federal Təhlükəsizlik Xidmətinə göstəriş verib ki, hansı qadağaların götürülməsi mümkün olduğunu araşdırsınlar.

Amma Medvedev əlavə eləyib ki, hüquq mühavizə və təhlükəsizlik orqanları vəziyyəti nəzarətdə saxlamağa davam eləmılədirlər.

Bir müddət əvvəl Çeçenistanın Prezidenti Ramzan Kadırov bildirmişdi ki, artıq ölkədə mərkəzi hakimiyyətin nəzarəti tam təmin olunduğundan, yaxın vaxtlarda rus qoşunları ölkədən çıxarıla bilər.

1999-cu ildə Rusiya Prezidenti Boris Yeltsin istefasını açıqlamazdan az öncə Çeçenistanda xüsusi terrorla-mübarizə rejimi tətbiq olunmasıyla bağlı sərəncam imzalamışdı.
XS
SM
MD
LG