Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:04

Ağdaşda xristian dini təriqətinin üzvləri həbs olunub


Ağdaş rayonunda "Həyatverici lütf" və "Babtist" cərəyanlarını təbliğ edən şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən yerli informasiya agentliklərinə məlumat veriblər.

Məlumata görə, Ağdaş rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli bölmələrinin əməkdaşları Ağdaş şəhərində 78 yaşlı Vera Juçayevanın evinini axtarıblar.

Onlar evdən xristianlığın "Həyatverici lütf" və "Babtist" cərəyanlarını təbliğ edən Bakı şəhər sakinləri, 56 yaşlı Liliya Xudaverdiyevanı, 21 yaşlı Sara Babayevanı və 30 yaşlı Ofeliya Yakulovanı həbs ediblər. Hüquq-mühafizə orqanları onların 10-13 yaşlarında 12 uşağa kristianlığa dair dərslər keçdiklərini bildirirlər.

Hələlik məlumatda adı çəkilən adamların yaxınları və onların vəkilləri ilə əlaqə saxlayıb tutulmalarına onların baxışlarını almaq mümkün olmayıb.
XS
SM
MD
LG