Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 09:05

İlham Əliyev – Corc Buş görüşü


Azərbaycan və ABŞ prezidentlərinin görüşü, Vaşinqton, 28 aprel 2006
Azərbaycan və ABŞ prezidentlərinin görüşü, Vaşinqton, 28 aprel 2006

Buş-Əliyev görüşündə nə oldu? Azərbaycan prezidentinin səfərindən ümumi təəssürat nədir? Bundan sonra nə dəyişə bilər?


Əliyev-Buş görüşünə toxunan «Vaşinqton Post» qəzeti yazır ki, İran məsələsi Azərbaycandakı spekulyasiyalardır, əsas olan Rusiyanın aktivləşməsidir. Amerika istəmir ki, Azərbaycan Rusiyanın nüfuzu altına düşsün.


Dünyanın iki ən nüfuzlu insan haqları təşkilatı – «Freedom House» və «Hyuman Rayts Votç» isə Buşa müraciət edirlər ki, o, Əliyevdən bir soruşsun ki, insan haqlarında Azərbaycanın göstəriciləri niyə pisdir.


Bunlar Buş-Əliyev görüşü ərəfəsində deyilənlər idi. Bütün bunlara Buşla görüş ərəfəsində İlham Əliyevin cavabı da vardı. Vaşinqtondakı Xarici Əlaqələr Şurasında o, deyib ki, Rusiya ilə münasibətlər heç bir xarici amildən asılı deyil... İranla Azərbaycanın müqaviləsi var, bir ölkənin ərazisi o birisinə qarşı istifadə oluna bilməz.... Son 2 il yarımda Azərbaycanda demokratiya istiqamətində xeyli iş görülüb... Qarabağ haqqında proqnoz vermək çətindir, çünki heç də hər şey Azərbaycandan asılı deyil. ...


Buş-Əliyev görüşünün özündə nə oldu? Azərbaycan prezidentinin səfərindən ümumi təəssürat nədir? Bundan sonra nə dəyişə bilər?


Bütün bunlardan qonaqlarımız danışacaq:


Vaşinqtondan – Amerika-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə;


Bakıdan "Turan" agentliyinin şərhçisi Zəfər Quliyev.


DİNLƏYİN!


XS
SM
MD
LG