Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:38

İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilat Azərbaycandakı vəziyyətdən narahatdır


"Azərbaycan hökuməti işgəncələr əleyhinə ölçü götürməsə, bu, beynəlxalq aləmdə çox pis bir işarə kimi qəbul olunacaq". Bunu İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilatın proqram meneceri Mariana Bastos Duarte deyir:


«Azərbaycandakı şəraiti belə qiymətləndirə bilərik. Qanunvericilik var. Amma vətəndaşlara işgəncə verdiyinə görə cəzalandırılanların sayı çox deyil. Cinayət adətən cəzasız qalır. Və bu cür cəzasızlığa görə zərərçəkmişlərin, işgəncələrlə üzləşmiş insanların təzminat almaq imkanları da məhduddur. Onlar hüquq-mühafizə orqanlarının yardımından lazımi qədər bəhrələnə bilmirlər».


Mariana Bastos Duartenin sözlərinə görə, İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilat Azərbaycana bir neçə tövsiyə verməyə hazırlaşır. Bunlar hakimlərin hazırlıq səviyyəsini artırmaq, onların icra qurumlarından asılı olmamasını təmin etmək, saxlananların və məhbusların hüquqlarını qorumaq məqsədilə polis əməkdaşları və hüquq-mühafizə orqanlarına treninqlər keçirilməsini nəzərdə tutur.


Mariana Bastos Duarte deyir ki, Beynəlxalq İşgəncələr Əleyhinə Təşkilat Azərbaycandakı məlumatları həm qeyri-hökumət təşkilatlarından, həm də başqa mənbələrdən alıb. Onun regiona səfərində də çoxsaylı hesabatlar və məlumatlar təqdim olunub və bu sənədlər araşdırılacaq.


Hüquq-mühafizə orqanları işgəncələrlə bağlı iddiaları dəfələrlə təkzib ediblər. Yalnız bir dəfə daxili işlər naziri Ramil Usubov buna görə bir polis əməkdaşının cəzalandırıldığını bildirib.


XS
SM
MD
LG