Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Bakıya içməli su çəkilir


Bakının içməli su ilə bağlı problemləri 2008-ci ilin yazında qismən həll olunacaq.


Oğuz-Qəbələ-Bakı su kəmərinin texniki əsasnaməsini hazırlayan Almaniyanın «JES» şirkətindən jurnalistlərə deyiblər ki, kəmər hər gün paytaxta 432 min kub metr su ötürə biləcək.


Oğuz-Qəbələ kəmərinin inşasına Dövlət Neft Şirkəti bu il üçün 90 milyon yeni manat vəsait ayıracaq.


İndi Bakıya içməli su 4 mənbədən gəlir. Bunlar 1-ci və 2-ci Bakı, Ceyranbatan və Kür su kəmərləridir.


XS
SM
MD
LG