Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Almaniyaya köçən azərbaycanlı sənəd adamları son vaxtlar yaşayışlarının çətinləşdiyini deyirlər


Qürbətdə yaşayan azərbaycanlı rəssamların əsərlərində Azərbaycanla bağlı motivlər üstünlük təşkil edir
Qürbətdə yaşayan azərbaycanlı rəssamların əsərlərində Azərbaycanla bağlı motivlər üstünlük təşkil edir

1996-cı ildə Almaniyaya köçən azərbaycanlı sənəd adamları "Zərifə" mədəniyyət agentliyi yaradıblar. Agentlik Almaniyada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər təşkil edir. Agentliyin yaradıcılarından biri – 1995-ci ildə Almaniyaya köçən və hazırda Kölndə yaşayan azərbaycanlı memar İldırım Sultanov deyir ki, qürbətdə yaşayan azərbaycanlı rəssamların əsərlərində Azərbaycanla bağlı motivlər üstünlük təşkil etməkdə davam edir. İldırım Sultanov son vaxtlar Almaniyada yaşayan azərbaycanlı sənəd adamlarının dolanışığının çətinləşdiyini deyir.


Bu dəfəki "Qlobus"un daha bir qonağı xaricdə Azərbaycan mədəniyyətini təbliğ edir. İran azərbaycanlılarından olan Elbəy Babazadə 20 il Kanadada yaşayır. Bundan qabaq uzun müddət Türkiyədə yaşayıb. Ən sevimli hobbisi Azərbaycan rəqsləridir. Hazırda Türkiyə ilə ticarət sahəsində çalışır. Amma Azərbaycan rəqsləri ilə məşğul olmağı tərk etmir. Bu yaxınlarda Kanadadakı Azərbaycan Mədəniyyəti və Təhsil Mərkəzinin nəzdində yaradılan folklor kurslarında Azərbaycan rəqslərini öyrədir. Elbəy Babazadə deyir ki, bir arzusu var – Kanadada Azərbaycan ansamblı yaratmaq.


Növbəti qonağımız Çindəndir. Şamxal Ağayev Şanxay şəhərində Sudan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyur. Həm də Azərbaycandan olan yoldaşlarıyla yaratdıqları məsləhət şirkətində çalışır. Deyir ki, son illər Azərbaycandan Çinə azərbaycanlı iş adamları çox gəlməyə başlayıblar, amma buna baxmayaraq, Azərbaycan diasporası Çində təşkilatlanmayıb.


"Qlobus"un axırıncı süjeti İslandiyadandır. Bu ölkədə azərbaycanlıların sayı çox az olsa da – cəmi yeddi nəfər, onlar mart ayında İslandiyada Azərbaycan cəmiyyəti yaradıblar. İslandiyadakı azərbaycanlıları Zakir Həsənov təmsil edir. Zakir Həsənov deyir ki, İslandiyada Azərbaycanı çox az tanıyırlar və indi onlar Azərbaycanı tanıtdırmaq üçün səylər göstərməyə başlayıblar. İlk belə addım mayın 12-də olacaq. Həmin gün Akureyri şəhərində Azərbaycan günü keçiriləcək.


DİNLƏYİN!


XS
SM
MD
LG